AZ

Hökməli və Sulutəpə sakinləri çarəsiz vəziyyətdə: Yollar gölə çevrilib, zibillərin isə ucu bucağı yoxdur

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Abşeron rayonunun Hökməli qəsəbəsində və Sulutəpə ərazisində sakinlərin həyatı dözülməz hala gəlib. 

Redaktor.az-a sakinlərdən birinin ünvanladığı şikayətə görə, qəsəbəyə yağış düşən kimi yollarda keçilməz gölməçələr yaranır:

Yolların kələ-kötür və bərbad vəziyyətdə olması yığılan suyun dərinliyini artırır, nəticədə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşır. Xüsusilə Sulutəpə istiqamətində yuxarı massivlərdən gələn yağış suları çay kimi aşağı axaraq əsas yolların tamamilə bağlanması təhlükəsini yaradıb.

Problemlər bununla bitmir. Sakinləri narahat edən ən böyük məsələlərdən biri də ərazinin ucu-bucağı görünməyən zibilliyə çevrilməsidir. Tullantıların vaxtında daşınmaması nəticəsində yaranan qalaqlar artıq infrastruktur üçün ciddi təhlükə törətməyə başlayıb. Belə ki, zibilliyin içindən keçən qaz xətləri ağırlıqdan zədələnib və əyilib. Əvvəllər tullantılar yandırılsa da, hazırda nə təmizlik işləri aparılır, nə də yığılan zibil daşınır.

Sakinlər qeyd edir ki, bir müddət əvvəl aidiyyəti qurumlar ərazidə təmizlik işləri apardıqlarını iddia etsələr də, hazırda vəziyyət olduğu kimi qalır və heç bir real nəticə görünmür. Abşeron rayonunun aidiyyəti orqanlarından kimsənin əraziyə gəlmədiyini bildirən qəsəbə sakinləri, yağıntıların davam edəcəyi təqdirdə yolun tamamilə sıradan çıxacağından və ekoloji vəziyyətin daha da pisləşəcəyindən ciddi narahatdırlar. Hazırda Hökməli və Sulutəpə sakinləri aidiyyəti dövlət qurumlarından bu dözülməz mənzərəyə son qoyulmasını və problemlərin köklü şəkildə həllini tələb edirlər.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
redaktor.az

2Mənbələr