AZ

İki avtomobil toqquşdu: Sərnişin yaralandı - FOTO

Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Zamiq Eminov idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən Orxan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobillə toqquşub. 

Nəticədə “Daewoo”da olan sərnişin Niyazov Səid müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr