Müğənni Nəfəs “Instagram”da paylaşdığı foto və videolara mənfi rəy yazanlara “toy açıb”.
“Yeni Sabah” xəbər verir ki, o, sosial media hesabının hekayə bölməsində yazıb:
“Sözüm buradan "feyk" profil açıb videomun altına fikir yazanlaradır. Niyə gedib soğanınızı soymursunuz? Niyə işsiz-gücsüz qalıb məni diqqətdə saxlayırsınız? Bu qədər önəmliyəm? Pis niyyətli bəzi insanlar, o mundar qəlbinizi təmizləyin. İnanın ki, heç heç vecimə almıram! Sevənlərimi, qəlbi təmizlərimi öpürəm... Allah açan yolu cılızlar bağlaya bilməz”.
Aydan Hacı
Telegram kanalımız