AZ

Şabrançayda sel daşqınlara səbəb olub FOTO VİDEO

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şabrançayda sel daşqınlara səbəb olub, infrastruktura və evlərə ziyan dəyib.

https://t.me/apa_az/117265

APA-nın Şimal bürosunun məlumatına görə, intensiv yağıntılar nəticəsində Şabran şəhərinin mərkəzindən keçən Şabrançay məcrasından çıxıb.

Selin gəlməsi nəticəsində çay ətrafındakı yaşayış məntəqələrini su basıb. Elektrik dirəkləri aşıb, kommunikasiya xətlərinə və yol örtüyünə ziyan dəyib.

Məlumata görə, sel suları bəzi ərazilərdə fərdi yaşayış evlərinə və yardımçı tikililərə də zərər vurub. Şabran şəhər avtovağzalının ərazisini də su basıb.

Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.

Xanım Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
3
apa.az

4Mənbələr