Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 6 aprel, AZƏRTAC
Dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB qrupuna uyğun vəzifələr üzrə aprelin 5-də keçirilmiş test imtahanında uğur qazanan namizədlərə sertifikatların verilməsinə başlanılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sertifikatı əldə etmək üçün namizədlər aprelin 17-si saat 18:00-dək müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- Ali təhsil haqqında sənədin surəti;
- Əmək kitabçasının surəti (olduğu halda);
- Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə (akademik Həsən Əliyev küçəsi, 299) təqdim etməlidir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.