AZ

Əliyar Ağayevlə Cavid Cəlilov cəzalandırılıb

Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Turan Tovuz” – “Zirə” matçındakı qərarları ilə narazılığa səbəb olan Əliyar Ağayevlə Cavid Cəlilov cəzalanıblar.

Msport.az xəbər verir ki, Sumqayıtdakı görüşün həm baş hakimi olmuş FİFA referisi, həm də VAR hakimi məhz bu üzdən 26-cı turda təyinatdan məhrum ediliblər.

Halbuki, Hakimlər Komitəsi əvvəlcədən hər ikisinin cari turda iş başında olmasını qərarlaşdırmışdı. Ancaq Tovuz klubunun rəhbərliyinin ciddi ittihamlarından sonra təyinatlar dəyişdirilib.

Əliyar bu gün “Qarabağ” – “Karvan-Yevlax” matçına VAR hakimi kimi təyinat alsa da, komitə onu Tural Qurbanovla əvəzləyib. Cavid Cəlilov isə sabah kemiriləcək “İmişli” – “Turan Tovuz” oyununda baş hakim olmalı idi. Onun əvəzinə Qubaya Rəvan Həmzəzadə ezam olunacaq.

Hakimlər Komitəsinin həmin görüşdəki hakim qərarları ilə bağlı mövqeyi də bəllidir. Rəhim Həsənov hakimlərin ciddi səhvlərə yol verdikləri ilə razılaşır. O, bu gün ənənəvi videoşərhində çıxış edərək, qərarların ciddi səhv olduğunu dilə gətirəcək. Fanat.az

Seçilən
0
3
msport.az

4Mənbələr