AZ

Azərbaycanlı alimlərin məqalələri Daşkənddə nəşr olunan beynəlxalq topluda yer alıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 aprel, AZƏRTAC

Daşkənddə fəaliyyət göstərən Özbəkistan Tarixi Dövlət Muzeyinin 150 illik yubileyi münasibətilə “Muzeylər: Ənənə, innovasiya və yenilənmənin inteqrasiyası" adlı beynəlxalq elmi-praktiki konfransın materialları toplusu nəşr edilib.

AZƏRTAC xəbər verir ki, topluda Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsinin “Hacı Zeynalabdin Tağıyevin malikanəsi muzey obyekti kimi: memarlıq və tarixin sintezi” məqaləsi və muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadovun “Varlıq” jurnalında pedaqogikamızın tarixinə baxış: Mirzə Həsən Rüşdiyyə nümunəsi" adlı məqaləsi oxucuların diqqətinə rus dilində təqdim olunub.

F.Şəmsinin məqaləsində xüsusilə vurğulanıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində H.Z.Tağıyevin malikanəsi unikal muzey məkanı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu tarixi bina yalnız eksponatların sərgiləndiyi bir məkan deyil, həm də Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti kontekstində müstəqil bir tarixi irs daşıyıcısıdır.

Ə.Fərhadov tərəfindən hazırlanan tədqiqat işində müasir qloballaşma dövründə milli yaddaşın qorunub saxlanılması mexanizmləri təhlil edilir. Məqalədə xüsusilə aşağıdakı mühüm məqamlar vurğulanır: “Cavad Heyətin rəhbərliyi ilə nəşr olunmuş “Varlıq” jurnalının milli kimliyin qorunmasındakı rolu; İranda və Cənubi Azərbaycanda müasir təhsilin və milli maarifçiliyin banisi Mirzə Həsən Rüşdiyyənin fəaliyyəti və “Rüşdiyyə” məktəbləri; Muzey materiallarının, xüsusən də Milli Azərbaycan Tarixi Muzeyində qorunan “Varlıq” jurnalı nüsxələrinin sadəcə arxiv sənədi deyil, həm də aktiv təhsil resursu kimi əhəmiyyəti”.

Tədqiqat işi muzey pedaqogikası metodologiyası ilə maarifçilik tarixinin sintezi baxımından yüksək elmi dəyərə malikdir.

Azərbaycanlı alimlərin topluda nəşr olunan məqalələri milli-mədəni, tarixi irsimizin ölkə xaricində təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
azertag.az

1Mənbələr