AZ

Uşaqlara bıçaqla hücum edən yaşlı kişi KİMDİR? VİDEO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhəri, 41-ci məhəllədə bıçaqlı şəxs azyaşlılara hücum edir.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a daxil olan şikayətdə qeyd olunub.

Şikayətçilərin sözlərinə görə, Şahhüseyn Qəmbərov adlı şəxs mütəmadi olaraq əlində bıçaqla həyətə çıxaraq azyaşlıları təhdid edir:

"Uşaqları həyətə buraxa bilmirik. Hər gün əlində bıçaqla gəzir, uşaqların üstünə gedir. Dəfələrlə polisə müraciət etmişik. Gəlib aparırlar, lakin qısa müddət sonra yenidən sərbəst buraxılır".

Sakinlər bildiriblər ki, sözügedən şəxs 2024-cü ildə azyaşlıya kəsici alətlə xəsarət yetirib:

"Daha sonra sərbəst buraxılıb. Özü tək yaşayır. Yaşadığı evi əxlaqsızlıq yuvasına çevirib, orada tez-tez narkotik istifadəçiləri toplaşırlar. İkinci təhlükəli hadisə baş vermədən bunun qarşısı alınmalıdır".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
4
news.milli.az

8Mənbələr