AZ

Bu küçədəki qırmızı işıqda hərəkət etmək olar CƏRİMƏSİ YOXDUR VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sürücülərin tez-tez səhvə yol verdiyi yerlərdən biri paytaxtın Azər Əliyev küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsidir. Avtosfer.az xəbər verir ki, Azər Əliyev küçəsi ilə hərəkət edən sürücülər yolayrıcına yaxınlaşarkən bəzən digər küçədə yerləşən svetoforun siqnalına əsasən hərəkət edirlər.

Videogörüntüdən də aydın görünür ki, 99-CR-650 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü sağ tərəfdə quraşdırılmış svetoforun dublikatına baxaraq qırmızı işıq yandığını görür və bu səbəbdən dayanaraq yaşıl işığın yanmasını gözləyir.

Qeyd edək ki, svetofor olmayan yollarda sürücülər yol nişanlarının tələblərinə uyğun hərəkət etməlidirlər. Sözügedən yolayrıcında isə sürücü dayandıqdan sonra hərəkətini davam etdirə bilərdi. Çünki həmin istiqamətdə svetofor olmadığına görə bu sürücünün məsuliyyətə cəlb olunması mümkün deyil.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
avtosfer.az

1Mənbələr