Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dövlət İmtahan Mərkəzi aprelin 5-də keçirdiyi imtahanlarla bağlı açıqlama verib.
Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri 6 həftə ərzində elan olunacaq. Düzgün cavablar isə bu gün yerləşdiriləcək.
Eyni zamanda qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə bu gün keçirilən qəbul imtahanının nəticələri 2–3 gün ərzində elan olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.