AZ

İran BƏƏ-nin telekommunikasiya binasını vurdu

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyrə əmirliyində yerləşən “Emirates Integrated Telecommunications Company” şirkətinin binasına İranın pilotsuz uçuş aparatı (PUA) tərəfindən zərbə endirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı WAM agentliyi yayıb. Agentliyin məlumatına görə, hazırda yerli hakimiyyət orqanları baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması ilə məşğul olur. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilmir.

Sara,
NOCOMMENT.az

Seçilən
14
nocomment.az

1Mənbələr