AZ

Xərçəngin sonu gəlir

Türkiyənin ilk yerli preparatı klinik sınaqların birinci mərhələsində uğurlu nəticələr göstərib.

Publika.az "Haberler"e istinada xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.

"Türkiyə ilk dəfə öz laboratoriyalarında, xəstəxanalarında və alimləri ilə molekulun kəşfi mərhələsindədir. I faza tədqiqatları çox uğurla keçdi", — deyə səhiyyə naziri bildirib.

Nəşr qeyd edir ki, Boğaziçi Universitetinin rəhbərliyi altında yaradılan molekul II və III faza tədqiqatlarını uğurla tamamlayarsa, Türkiyə özünün ilk xərçəng dərmanını dünyaya təqdim edə biləcək.

Seçilən
16
publika.az

1Mənbələr