AZ

Real Kristal Pelas ın müdafiəçisinə elçi düşüb

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Real" yay "transfer pəncərəsi"ndə "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanı "rənglərinə bağlamağa" çalışacaq. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Kral klubu" bir müddət əvvəl müdafiənin mərkəzinə "Arsenal"dan Vilyam Salibanın, "Liverpul"dan isə İbrahima Konatenin namizədliyini gözdən keçirirdi. Lakin Madrid klubunda onları transfer etmək şanslarının azaldığını düşünürlər.

Lakrua uğrunda mübarizədə də "Real"ı çətin rəqabət gözləyir. Hazırda fransız futbolçunu transferində favorit "Liverpul"dur. Həmçinin "Çelsi", "Bavariya" və "Aston Villa" da müdafiəçinin keçidində maraqlıdır. 

Didye Deşam müdafiəçini artıq milliyə də dəvət edib. Lakrua Fransanın Braziliyaya qarşı (2-1) keçirdiyi görüşdə yığmanın heyətində debüt edib.

Qeyd edək ki, Lakrua bu mövsüm "Kristal Pelas"ın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
sport24.az

1Mənbələr