AZ

İraqdakı ABŞ diplomatik binasına pilotsuz təyyarə hücumu edilib

Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən ABŞ-ın İraqdakı səfirliyinin logistika mərkəzinə pilotsuz uçuş aparatı ilə hücum edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Ərəbi” telekanalı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində yanğın baş verib.

Dəyən ziyan barədə hələlik məlumat verilməyib.

Öz növbəsində, “Əl-Hadath” telekanalı Süleymaniyyə əyalətinə də pilotsuz təyyarələrlə zərbələr endirildiyini bildirib.

Hələlik itkilər barədə məlumat yoxdur.

Seçilən
0
3
azerbaijan-news.az

4Mənbələr