AZ

İraq öz neftinin dünya bazarına yolunu açdı

İraq cənubi Bəsrə əyalətindən İraq Kürdüstan bölgəsinə gündə təxminən 90.000 barel neft nəql etməyə başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Bəsrə Neft Şirkətinin baş direktoru Basem Abdel Kerim Nasser açıqlayıb. Onun sözlərinə görə, neft boru xəttilə Türkiyənin Ceyhan limanına nəql edilir: "Bəsrədən Kərkükdə yerləşən Şimali Neft Şirkətinin nasos stansiyalarına gündə təxminən 90.000 barel neft nəql etmək üçün xüsusi əməliyyat başlayıb".

O, əlavə edib ki, bu addım "İraq neft ixracının şimal marşrutu boyunca yenidən istiqamətləndirilməsinə" yönəlib. Bəsrə Neft Şirkətinin rəhbəri qeyd edib ki, indi "İraqdan Türkiyənin Ceyhanına nəql edilən xam neftin ümumi həcmi gündə 340.000 barelə qədər artacaq".

Nasserin qeyd etdiyinə göə, İraqın ixrac strategiyasında məcburi dəyişiklik və şimal marşrutunun müvəqqəti alternativ kimi artan əhəmiyyəti "çətin təhlükəsizlik və əməliyyat vəziyyəti səbəbindən ölkənin cənubundakı paylama kanallarında yaranan fasilələri kompensasiya etmək zərurəti ilə bağlıdır".

Musavat.com

 

Seçilən
30
musavat.com

1Mənbələr