AZ

Xərçəngə qalib gəldim, amma xəyanətə uduzdum Türkiyəli müğənni Murad Göğebakanın faciəli həyat hekayəsi VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Murat Göğebakan Türkiyə musiqisinin ən ağrılı və səmimi səslərindən biri idi.

Onun həyatı səhnədə alqışlarla, səhnə arxasında isə dərin sarsıntılarla keçib. Sevgi, xəyanət, xəstəlik - hamısı bir insanın taleyində cəmlənib.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

"Xərçəngə qalib gəldim, amma xəyanətə uduzdum" - Türkiyəli müğənni Murad Göğebakanın faciəli həyat hekayəsi - VİDEO

1968-ci ildə Adana şəhərində doğulan sənətkarın həyatı uşaqlıqdan sınaqlarla dolu olub. Sağlamlıq problemi, valideynlərinin ayrılığı və ən ağır zərbə - yeddi yaşlı qardaşının ölümündə günahlandırılması onu daxildən sarsıdır. Amma o, bütün ağrıları musiqiyə çevirir. "Ay üzlüm", "Vurğunam" kimi mahnılarla milyonların qəlbinə yol tapır və "Sevgi adamı" kimi tanınır.

Həyatının ən çətin dövrü isə 2009-cu ildə başlayır - ona leykoz diaqnozu qoyulur. 208 günlük mübarizədən sonra o, xərçəngi məğlub edə bilir.

Lakin bu dövrdə həyat yoldaşı Sema Bekmezin ona xəyanət etdiyi idiaları gündəmə gəlir. Bu hadisə müğənnini xəstəlikdən daha çox sarsıdır. Onun bu sözləri isə uzun müddət unudulmur: "Xərçəngi məğlub etdim, amma xəyanətə uduzdum".

İkinci dəfə xərçəng diaqnozu qoyulan sənətçi uzun mübarizədən sonra - 2014-cü ildə 45 yaşında həyatını itirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
oxu.az

3Mənbələr