AZ

İran RAZILIQ VERDİ: 15 gəmi Hörmüz boğazından KEÇDİ

İranın razılığından sonra bir gün ərzində 15 gəmi Hörmüz boğazından keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İran tərəfi Hörmüz boğazından keçəcək gəmilər üçün icazə prosedurunu aktivləşdirib. Agentliyin məlumatına görə, rəsmi Tehranın razılığını alan 15 gəmi son sutka ərzində təhlükəsiz şəkildə boğazı keçməyə müvəffəq olub.

Bu addım bölgədəki hərbi gərginlik fonunda gəmiçilik yollarının tənzimlənməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
57
interpress.az

1Mənbələr