“Rogue by Rihanna” ətirləri qadın sağlamlığı üçün təhlükəlidir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mütəxəssislər məşhur müğənni Rihannanın “Rogue by Rihanna” ətirinin qadınların sağlamlığı üçün ciddi təhlükə yaratdığını açıqlayıblar.
Məlumata görə, ətirin tərkibindəki bəzi maddələrin sağlamlığa mənfi təsir göstərdiyi müəyyən edildikdən sonra, bir sıra Avropa ölkələrində onun satışı artıq qadağan edilib və mağazalardan yığışdırılıb.

Xuraman Etibarlı
İnterpress.az