AZ

Dağıstanda su anbarının bəndi yarıldı

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dağıstanda güclü yağış səbəbindən Gejux su anbarının bəndi yarılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

"Güclü yağış nəticəsində su anbarı daşaraq torpaq bəndində yarıq əmələ gəlib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin 40 nəfərlik heyəti və beş texnikadan ibarət aeromobil qrupu hadisə yerinə göndərilib", - deyə nazirlik bildirib.

Hazırda iki rayonda daşqın baş verir.

"İlkin məlumata görə, Mamedqala kəndində 28 ev su altında qalıb və 100 nəfər təxliyə edilib. Həmin kəndin Mixaylovka mikrorayonunda küçələr su altında qalıb", - deyə nazirlik qeyd edib.

Belə ki, təxliyə olunanlar üçün altı müvəqqəti yaşayış mərkəzi yaradılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
33
axar.az

10Mənbələr