BAKI, 5 aprel. TELEQRAF
İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ-nin ölkənin enerji infrastrukturlarına qarşı mümkün hücum təhdidlərini hərbi cinayətlərin etirafı adlandırıb.
Teleqraf xəbər verir ki, Əraqçi bu bəyanatı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə telefon danışığı zamanı verib.
Nazir həmçinin beynəlxalq təşkilatlardan, o cümlədən BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) tez bir zamanda hərəkət etməyi, ABŞ-nin cinayətlərini pisləməyi və məsul şəxslərin cəzalandırılmasını tələb edib.