AZ

“Daha çox qol vurmaq üçün kifayət qədər şansımız oldu” - Yuri Vernidub

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Sumqayıt” klubu ilə 26-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

“Biz çox səylə çalışırıq. Futbolçularımız çox yaxşı əhval-ruhiyyədədirlər. Çox böyük rəqabət var, hamı oynamaq istəyir. Buna görə də işim daha asan olur, mən sadəcə düzgün heyəti seçməliyəm. Bu gün “Neftçi” gözəl oynadı. 3:1 hesabı ilə qalib gəldik, amma daha çox qol vurmaq üçün kifayət qədər şansımız oldu. Buraxdığımız qoldan sonra futbolçularımız özlərinə gəlib irəli getdilər, çox qısa müddətdə qol vurdular və sonda daha bir dəfə də fərqləndilər ki, bu da mənim xoşuma gəldi. Bir məşqçi kimi mənim üçün ən önəmli olan budur”.

Seçilən
1
fanat.az

1Mənbələr