Azərbaycan dövləti olmasa yaradıcı, istedadlı insanları qətlə yetirər məhv edərlər. Dövlətimiz bütün dəyərləri qoruyur, gələcək nəsillərə mənəvi borc kimi ötürür. Dövlət, hakimiyyət mütləqdir, Azərbaycanda bu iş ləyaqətli, tam etibarlı və şəffaf əllərdə daşınır. Necə ki, qohum-qonşu arasında rəqabət gedir, dövlətlər arasında da elə rəqabət gedir, hər bir dövlətin başında duranlar da öz xalqı ilə fəxr etməyi planlayır, yalnız Azərbaycanda bu ən uğurlu alınır. Azərbaycan dövlətinin addımlarına baxırsan, hər bir işdə əsas olaraq insan götürülür, insana dəyər verilir. Geridə qalmaq əqlin, şüurun problemidir, bu insanın xətrinə dəyir, biləndəki öz əqlinin problemidir. 33 il öncə Azərbaycan ən geridə qalan ölkələrdən idi dünyada. İndi isə istənilən ən güclü dövlətlə ayaqlaşır, əgər bir az, az tanınırsa bu, onun problemi deyil, zəka tanınma müddətini artıqlaması ilə üstələyib, sadəcə tanınmaq 200 illər tələb edə bilir. Avropa ölkələri 200 ilə, 300 ilə indiki yerlərinə çatıblar, Azərbaycan isə 33 ilə onlarla bərabər görünsə də, əslində daha üstündür.
Sözü haqdır, yolu doğru, dünyanı da etdi hali,
Ulu öndər Heydər oğlu Baş Komandan cənab Ali.
Azərbaycan dövləti, onun rəhbəri hər bir addımı ilə haqqın yanındadır, nəinki Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları prezidentin yanındadır, O, millətimin ideal seçimidir.
Bir kişi var
Abadlaşıb bağ olubdur dağ-dərə,
Qarşıladı nə xoş səni Ağdərə;
Alnın açıq, üzün ağdır ― ağ dəri,
Bu ölkədə bir kişi var tərtəmiz,
Dəhliz açdı Zəngəzura ölkəmiz!
Düşməninin xəyalları kabusdur:
Hərc-mərclik, qarışıqlıq ― xaosdur.
Qarşılayan indi səni Davosdur,
Bu dünyaya yorumların qəşəngdir,
İqtisadi forumların qəşəngdir!
Yerişində, duruşunda cəsarət,
YAP(ında) var, kökündədir rəşadət.
Atasından keçib ona şücaət,
Bax aşikar, gəzdirir o, çün gendə:
Təqdim etdi dövlətini Münxendə!
Diqqət etdi ona orda Bağdad da.
Əzizlədi dostu onu Belqradda.
Çapa bilməz böylə bir at Fərhad da,
Koroğlu da bu yolda ― bu cığırda:
Onu məncə qəbul edib Xızır da!
Səfərləri səngiməyir lap sıxdı,
Anti-milli ünsürləri dərd yıxdı:
Qarşısına ehtiramla Tramp çıxdı.
Dostluq edir dəyişməyən ― monoton,
Cənab Ali Komandanla Vaşinqton!
Mir Cəlal Mehdiyev