18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında Azərbaycan çempionatı başa çatıb.
Aznews.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində mükafatçılar müəyyənləşib.
Oğlanların mübarizəsində "Murov Az Terminal" komandası "Bakı RVK"nı 3:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızlar arasında isə üçüncü yeri "Oğuz RVK" klubuna 3:0 hesabı ilə qalib gələn "Möminə Xatun" komandası tutub.
Qızların final qarşılaşmasında "Milli Aviasiya Akademiyası" komandası "Lokomotiv"i 3:0 hesabı ilə üstələyib. Oğlanların həlledici görüşündə isə "Şərqi Zəngəzur RVK" komandası "Ordu"ya eyni hesabla (3:0) qalib gələrək çempionluğa yiyələnib.