AZ

Dərbəndin Məmmədqala qəsəbəsinin sakinləri daşqın təhlükəsi səbəbilə təxliyə olunur

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Dərbənd rayonunun Məmmədqala qəsəbəsinin sakinləri Gedjux su anbarının daşması nəticəsində yaranan daşqın təhlükəsi səbəbindən təxliyə olunur.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, ümumilikdə 4165 nəfərin, o cümlədən 823 uşağın təxliyəsi planlaşdırılır.

Qeyd olunub ki, təxliyə edilən şəxslər müvəqqəti yerləşdirmə mərkəzlərinə və qohumlarının yanına yerləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
apa.az

2Mənbələr