Ötən gün Bakıda dəbdəbəli toy keçirilib.
NOCOMMENT.az xəbər verir ki, məclis fərqli dekoru və qonaqları ilə sosial şəbəkədə gündəm olub.
Gecədə rusiyalı ifaçılar Polina Qaqarina və Sevville yer alıb. Eyni zamanda məclisdə Xalq artisti Elçin Əzizov çıxış edib.
Gecəyə məşhur rus ifaçı Nikolay Baskov təbrik göndərib. O, bəylə gəlinə ürək sözlərini deyərək, onların valideynləri ilə yaxın olduğunu bildirib:
“Bütün təbriklərə qoşuluram. Siz mənim üçün doğma və əzizsiniz. Təəssüf edirəm ki, qatıla bilmirəm. Sizə xoşbəxtlik və çoxlu övladlar arzulayıram. Sizin valideynləriniz mənim üçün yaxındır. Nəvələrinizin toyunda oxuyum”. (Axşam.az)