AZ

Bu ölkədə FƏLAKƏT: Xəstəxanalar dolub, insanlar dağıntılar altındadır – VİDEO

ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin İranın Mahşəhr xüsusi iqtisadi zonasına endirdiyi kütləvi hava zərbələri bölgədə humanitar və ekoloji fəlakətə yol açıb. “Moj Ahvaz” nəşrinin məlumatına görə, Mahşəhr neft-kimya kompleksinin hədəf alınması nəticəsində müəssisənin ərazisində dəhşətli dağıntılar baş verib, çox sayda işçi heyəti həlak olub.

NOCOMMENT.az xəbər verir ki, yerli mənbələr real itkilərin rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirir. Vəziyyət kritik olaraq qalır: fabriklərin dağılmış sexlərinin altında hələ də onlarla işçi var, lakin genişmiqyaslı yanğınlar və uçqunlar xilasetmə əməliyyatlarını demək olar ki, qeyri-mümkün edib. Şəhərin “Mərifəti” xəstəxanası yaralılarla dolub-daşdığı üçün artıq xəstə qəbulunu dayandırıb.

Ən böyük təhlükə isə istehsalat xətlərinin zədələnməsi nəticəsində atmosferə sızan toksik qazlar, xüsusilə kükürd birləşmələridir. Kimyəvi zəhərlənmə təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib və sakinləri növbəti iki gün ərzində evlərini tərk etməməyə çağırıb. Lakin qorxu içində olan əhali kütləvi şəkildə şəhəri tərk etməyə başlayıb. Mahşəhr küçələrində xaos hökm sürür, insanlar kimyəvi buludlardan xilas olmaq üçün təhlükəsiz bölgələrə qaçmağa çalışırlar.

Sara

NOCOMMENT.az

Seçilən
27
nocomment.az

1Mənbələr