AZ

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır -Fotolar



Aprelin 4-dən başlayaraq 5-də də davam edən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Qusar rayonu ərazisində bəzi fəsadlar qeydə alınmışdır. Aprelin 5-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, həmçinin RİH Başçısı Aparatının məsul şəxsləri rayonun Hil, Yasab, Mucuq, Gündüzqala və digər kəndlərdə yağışın yaratdığı fəsadlarla yerində tanış olmuşdur. Mucuq kəndində yerləşən körpü, Yasab kəndinə gedən avtomobil yolu və Hil kəndinin əraizisinə baxış keçirilmiş, mövcud vəziyyət yerində qiymətləndirilmişdir. Eyni zamanda, rayon icra hakimiyyətinin başçısı Hil kəndində sakinlərlə görüşmüş, onların müraciətlərini dinləmiş, yağıntılı hava şəraitinin yaratdığı problemlərlə yerində maraqlanmışdır.

aia.az xəbər verir ki, aparılan müşahidələr nəticəsində fəsadların geniş miqyaslı olmadığı müəyyən edilmişdir. Bununla yanaşı, yaranmış problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz işlər görülür, ərazilərə texnika cəlb olunmaqla işlər aparılır. Ümumilikdə vəziyyət nəzarət altındadır və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, cari ilin mart ayının 27-dən başlayaraq bir neçə gün müşahidə olunan yağıntılı hava şəraiti zamanı da Qusar Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər həyata keçirilmiş, ərazilərə yerində baxış keçirilmişdir. Yağıntıların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə hərəkət üçün keçilməz olan yollar torpaq sürüşməsi və çöküntülərdən təmizlənmiş, çaylarda tənzimləmə işləri aparılmış, elektrik, rabitə və qaz xətləri və dirəklər bərpa edilmişdir. Eyni zamanda, fərdi yaşayış evlərinə dolmuş su təmizlənmiş, zəruri hallarda sakinlər təhlükəsiz ərazilərə təxliyə olunmuşdur.



Seçilən
7
1
aia.az

2Mənbələr