AZ

Tramp: F-15-in ekipaj üzvü, çox hörmətli polkovnik xilas edilib - YENİLƏNİB

ABŞ daha əvvəl İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş F-15 qırıcısının ağır yaralanmış ekipaj üzvünü xilas edib.

"Far.Az" xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"Biz İran dağlarının dərinliklərində olan ağır yaralanmış və həqiqətən də cəsur F-15 ekipaj üzvünü, zabitini xilas etdik. İran hərbçiləri fəal axtarış aparır və yaxınlaşırdılar. O, çox hörmətli polkovnikdir. İnsanlar və texnika üçün təhlükə səbəbindən belə reydlər olduqca nadir hallarda həyata keçirilir", - paylaşımda qeyd olunub.

Trampın sözlərinə görə, amerikalı hərbçi İran səmasında yeddi saatlıq ikinci reyd nəticəsində xilas edilib.

"Bazar ertəsi, saat 13:00-da Oval kabinetdə hərbçilərlə birgə mətbuat konfransı keçirəcəyəm", - Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.

Bu bəyanat İranın ABŞ Silahlı Qüvvələrinin vurulan Amerika təyyarəsinin pilotlarını xilas etmək üzrə uğursuz cəhdi barədə verdiyi məlumatın fonunda səsləndirilib.

ABŞ Prezidenti Donald Tramp İran səmasında Amerikanın F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib.

"Far.Az"un məlumatına görə, o, bu barədə "Truth Social"da bildirib.

"Biz ona çatdıq! Mən sizə onun sağ və sağlam olduğunu bildirməkdən çox məmnunam", - Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri pilotu təxliyə etmək üçün ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. "Yaralandı, amma hər şey yaxşı olacaq", - ABŞ Prezidenti əlavə edib.

Daha əvvəl "Axios" portalı pilotun təyyarə qəzasından bir neçə saat sonra xilas edildiyini bildirib.

Seçilən
11
11
far.az

10Mənbələr