İran tərəfindən vurulan ABŞ Silahlı Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin sayı ikiyə çatıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü bildirib.
Onun sözlərinə görə, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsi və iki “Black Hawk” helikopteri İran HHM qüvvələri tərəfindən vurulub.
“ABŞ ordusunun guya “xilasetmə əməliyyatı” adı altında vurulmuş təyyarəsinin pilotunu xilas etmək bəhanəsi ilə İsfahanın cənubundakı tərk edilmiş bir hava limanında planlaşdırdığı əməliyyat İran İslam Respublikasının silahlı qüvvələrinin vaxtında müdaxiləsi ilə tam uğursuzluğa düçar oldu”, - məlumatda deyilir.