AZ

NASA nın 23 milyon dollarlıq tualeti kosmosda dondu

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

NASA astronavtlarının 23 milyon dollar dəyərində olan tualeti nasazlıq səbəbilə problem yaradıb.

Axşam.az xəbər verir ki, “Orion” kosmik gəmisinin Aya uçuşu cəmi dördüncü günündə olsa da, bu artıq sanitar sistemlə bağlı ikinci nasazlıqdır. Əvvəlcə nasosda problem yaranıb, lakin qısa müddətdə aradan qaldırılıb. Bu gün isə boru kəmərinin donması nəticəsində tıxanma baş verib.

Problemin həlli üçün gəmi Günəşə tərəf istiqamətləndirilib ki, sistem isinərək normal işləsin. Bu müddət ərzində ekipaj üzvləri müvəqqəti olaraq xüsusi paketlərdən istifadə etməli olublar.

Nəticədə, tualet sistemi yenidən işlək vəziyyətə gətirilib.

Qeyd edək ki, "Artemis II" missiyası zamanı yalnız Ayın ətrafında uçuş planlaşdırılıb. Ay səthinə eniş isə növbəti mərhələ — Artemis III missiyasında həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
7
axsam.az

8Mənbələr