Fanat saytına istinadən ain.az xəbər verir.
Misli Premyer Liqasında 26-cı tur başlayır.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki oyun keçiriləcək.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkəcək. Saat 15:30-da başlayacaq qarşılaşmanı Vüqar Həsənli idarə edəcək.
Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edəcək. FİFA referisi Kamal Umudluya həvalə olunan qarşılaşmanın start fiti 18:00-da səsləndiriləcək.
Turun qalan oyunları bazar ertəsi və çərşənbə axşamı keçiriləcək.
Misli Premyer Liqası
XXVI tur
5 aprel
15:30. “Kəpəz”– “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Elvin Bayramov, İnqilab Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Yevlax. Şəhər stadionu.
“Kəpəz”: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze.
Ehtiyat oyunçular 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 80. Şahnur İsmayılov.
Baş məşqçi: Azər Bağırov.
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde 8. Sambu Sissoko.
Baş məşqçi: Kaxaber Tsxadadze.
18:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.