AZ

İsrail ordusu sutka ərzində İranda 120 dən çox hədəfə hücum edib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsrail hərbçiləri bir sutka ərzində İranın mərkəzində və qərbində 120-dən çox hədəfə aviazərbələr endirib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, vurulan obyektlər sırasında hava hücumundan müdafiə (HHM) sistemlərinin elementləri, PUA istehsalı müəssisələri və dronların buraxılış məntəqələri, raket qüvvələrinin obyektləri göstərilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. İran ordusu Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına da hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Fevralın 28-də İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
4
cebheinfo.az

5Mənbələr