AZ

Braziliyalı ulduz karyerasını başa vurduğunu açıqladı

Braziliyalı ulduz yarımmüdafiəçi Oskar karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, tam adı Oskar dos Santos Emboaba Junior olan futbolçu qərarını çıxış etdiyi "San Paulu" klubunun mətbuat xidməti üzərindən açıqlayıb.

Səbəb sağlamlıq problemləri göstərilir. Futbolçunun keçən ilin noyabrında mövsümöncəsi tibbi müayinə zamanı huşunu itirməsi və bir ay sonra müqaviləsini ləğv etmək üçün "San Paulu" rəhbərliyi ilə danışıb. Sadəcə, ayrılıq rəsmi olaraq indi elan olunub. 

34 yaşlı futbolçu açıqlamada bildirib: "Klub üçün daha çox şey etmək və daha çox oynamaq istəyirdim. Futbolçuluq qabiliyyətim var və yaşım buna imkan verirdi. Amma təəssüf ki, belə alındı". 

Oskar "Çelsi" ilə Avropa Liqasını və İngiltərə Premyer Liqasını qazanıb, eləcə də "İnternasional" və "Şanxay Port"da oynayıb. Oskar həmçinin Braziliya milli komandası ilə Konfederasiyalar Kubokunu qazanıb.
 

Seçilən
19
1
fanat.az

2Mənbələr