AZ

Bu 4 qidanı çöldə yeyin, əsla evə aparmayın

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Uzunömürlülük üzrə ekspert Dieqo Suares qidalanma rasionunda ediləcək kiçik dəyişikliyin ömrü 100 ilə qədər uzada biləcəyini açıqlayıb. Həkimin tövsiyəsinə görə, sağlam qocalmaq istəyənlər ilk növbədə mətbəxlərində dörd növ məhsula yer verməməlidirlər.Suares evdən uzaq tutulması vacib olan qidaları belə sıralayıb: emal olunmuş ət məhsulları, şəkərli içkilər, hazır səhər yeməkləri və şirniyyatlar.Həkim vurğulayır ki, bu məhsulları rasiondan tamamilə silmək şərt deyil, sadəcə onları evə gətirmək olmaz. "Əgər özünüzü bu qidalarla sevindirmək istəyirsinizsə, gedib kənarda yeyin. Lakin onların evinizin astanasından içəri keçməsinə icazə verməyin. Çünki evə daxil olan bu qidalar zamanla sizin gündəlik ritualınıza çevrilir" – deyə həkim xəbərdarlıq edib.Evin hər bir kəs üçün yalnız sağlam vərdişlərin formalaşdığı mərkəzə çevrilməli olduğunu qeyd edən Suares, bu yanaşmanın iradəni qorumağa kömək etdiyini bildirib.Dietoloq Karlin Remedios isə damar sağlamlığını qorumaq üçün hər gün portağal yeməyin faydalı olduğunu xatırladaraq, sosial və bioloji sağlamlıq üçün təbii məhsullara üstünlük verməyin vacibliyini vurğulayıb.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr