AZ

Asif Əsgərov şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Zaqatala rayonunda Milli Məclisin deputatı Asif Əsgərov şəhidlərin xatirəsini yad edib və vətəndaşlarla görüş keçirib.

"Unikal" xəbər verir ki, deputat 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların məzarlarını ziyarət edib. Şəhidlərin qəbirləri üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, xatirələri dərin hörmət və ehtiramla anılıb. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi daim yaşayacaq və onların şücaəti gələcək nəsillər üçün örnəkdir.

Ziyarət çərçivəsində şəhid Rəvan Nurayevin də məzarı ziyarət olunub, ailə üzvləri ilə görüş keçirilib. Onların qayğı və ehtiyacları ilə maraqlanılıb, şəhid ailələrinə diqqət və qayğının davamlı olmasının vacibliyi vurğulanıb.

Daha sonra deputat Muxax kəndində növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı sakinlərin əsas müraciətləri işsizlik, sosial problemlər, kommunal xidmətlər, infrastruktur və məşğulluq məsələləri ilə bağlı olub. Müraciətlərin bir qismi yerində həll edilib, digər məsələlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.

Qəbulda Fərid Ramazanov, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aztəminatlı ailələrə maddi yardım göstərilib.

Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə İlham Əliyev və Mehriban Əliyeva ünvanına minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, şəhid ailələrinə və əhalinin sosial rifahına göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən sosial siyasətin əsas prioritetlərindəndir.

Seçilən
29
2
unikal.az

5Mənbələr