AZ

Bu gün neft bazarı ilə bağlı mühüm görüş keçiriləcək

Bu gün OPEC+ Birgə Monitorinq Komitəsinin (JMMC) nazirləri onlayn iclas keçirəcəklər.

Musavat.com xəbər verir ki, iclasın Bakı vaxtı ilə saat 16:00-da başlaması planlaşdırılır.

Monitorinq Komitəsi adətən neft bazarındakı vəziyyəti və iştirakçı ölkələrin razılaşmaya riayət etmə səviyyəsini nəzərdən keçirir və kvotaların tənzimlənməsini və ya sanksiyalar səbəbindən kvotalarla məhdudlaşmayan, lakin razılaşmanın lehinə səs verənlər (İran, Venesuela və Liviya) da daxil olmaqla bütün OPEC+ ölkələrinin tam iclasının çağırılmasını tövsiyə edə bilər.

İclasdan sonra könüllü əlavə hasilat azaldılmasında iştirak edən səkkiz OPEC+ ölkəsinin (Rusiya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman, İraq, BƏƏ, Küveyt və Əlcəzair) onlayn nazirlər görüşü keçiriləcək. Əvvəlki görüşdə nazirlər əvvəllər birinci rüb üçün dayandırılmış hasilart artımını bərpa etmək qərarına gəliblər. Qərarla aprel ayında gündəlik hasilat 206 min barel artırılmalıydı . Bu, iki il əvvəl azaldılan gündəlik 1,65 milyon barellik hasilatın bazara qaytarılması prosesidir. Bu həcmin 0,6 milyon bareli artıq bərpa olunub.

Bu gün hasilatın artırılması barədə qərar qəbul olunsa belə, onun icrası real görünmür. Çünki Yaxın Şərq münaqişəsi kontekstində Səudiyyə Ərəbistanı, İraq, Küveyt və BƏƏ də daxil olmaqla bir sıra OPEC+ ölkələri hasilatı azaltmaq məcburiyyətində qalıblar. Bu ölkələrin nümayəndələri dəqiq həcmləri açıqlamasalar da, analitiklər bu ölkələrdə istehsalın azalmasını gündə 7-10 milyon barel səviyyəsində qiymətləndirirlər.

Hazırda anlaşma üzvlərindən yalnız Qazaxıstan, Əlcəzair və Omanın dünya bazarına daha çox neft çıxarmaq imkanı var. Rusiya ötən ilin ikinci yarısından etibarən hasilatı öz kvotasına qədər artıra bilmir. Üstəlik, Ukrayna hücumları nəticəsində ixrac imkanlarının mühüm hissəsi sıradan çıxarılıb.

OPEK+ anlaşmasına qoşulmayan ölkələrdən isə Braziliya, Meksika, Qayana və ABŞ hasilatı artırmaq imkanındadırlar. 

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr