AZ

Buşehr AES də olan rusiyalı mütəxəssislər Ermənistan vasitəsilə təxliyə edilib

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Təxliyə stansiyaya zərbə endirildikdən təxminən 20 dəqiqə sonra baş verib”

“İranın Buşehr Atom Elektrik Stansiyasından (AES) təxliyə edilən rusiyalı mütəxəssisləri Ermənistana təxliyə edilib və İrəvandan Rusiyaya yola düşəcəklər”. AYNA.AZ “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bu sözləri “Rosatom”un baş direktoru Aleksey Lixaçev bildirib.

İranın Atom Enerjisi Təşkilatı (AEOI) Buşehr AES-in ABŞ və İsrail tərəfindən atəşə tutulduğunu və işçilərindən birinin öldüyünü açıqlayıb.

Lixaçev bildirib ki, rusiyalı mütəxəssislərin təxliyəsinin əsas dalğası şənbə günü İranın Buşehr AES-dən başlayıb. Onun sözlərinə görə, bu, stansiyaya zərbə endirildikdən təxminən 20 dəqiqə sonra baş verib və 198 rusiyalı mütəxəssisi daşıyan avtobuslar İran-Ermənistan sərhədindən Ermənistana təxliyə olunub.

“Rosatom”un baş direktoru vurğulayıb: "Biz ənənəvi olaraq Ermənistan hökuməti ilə çox rahat qarşılıqlı əlaqədəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
26
ayna.az

10Mənbələr