AZ

Atasının dodaqları, anasının gözləri... FOTOLAR

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin qızı Şaylo musiqi dünyasında debüt edib. O, "Cosmic Girls" (WJSN) qrupunun üzvü Daenin "What’s a Girl to Do" adlı yeni sinqlı üçün çəkilən klipdə rol alıb.Gənc qızın görünüşü tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bir çoxları Şaylonun anası Ancelina Colinin gənclik illərinə inanılmaz bənzərliyini xüsusi qeyd ediblər. Klipdə zərif obrazda görünən Şaylo dağınıq hörüklü saçı və yüngül makiyajı ilə diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri "Anasının kopyasıdır", "Dodaqları Bredin, siması isə Ancelinanınkıdır" kimi şərhlərlə onun genetik üstünlüyünü müzakirə ediblər.Maraqlıdır ki, Şaylo bu layihəyə heç bir imtiyaz olmadan, açıq kastinqdən keçərək daxil olub. Təşkilatçılar etiraf ediblər ki, rol üçün təsdiqlənənə qədər onun məşhur aktyorların qızı olduğundan xəbərsiz olublar.

 

Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
13
demokrat.az

10Mənbələr