AZ

Badamdarda sürüşmə təhlükəsi yarandı

Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda yamacın yuxarı hissəsində sürüşmə aktivləşib.

Təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, yol bağlanıb.

Məsul şəxslər hazırda ərazidədir. Polis ərazini nəzarətə götürüb.

Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.

AzPost.az

Seçilən
13
50
azpost.info

3Mənbələr