Avstraliyada 6,0 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentr təxminən 1,2 milyon əhalisi olan Adelaida şəhərindən 1253 km şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Milli.Az