Fars körfəzi bölgəsində ABŞ-yə məxsus A-10 hücum təyyarəsinin vurulması ilə bağlı yeni detallar ortaya çıxır.
Musavat.com xəbər verir ki, hadisənin texniki tərəfləri ətrafında müxtəlif versiyalar səslənir.
Məlumata görə, təyyarənin İranın yaxın mənzilli hava hücumundan müdafiə sistemi – AD-08 “Məcid” kompleksi ilə vurulduğu iddia olunur. Bu sistem əsasən aşağı hündürlükdə uçan hədəflərə qarşı istifadə edilir və mobil platforma üzərində yerləşdirilir.
Açıq mənbələrdə qeyd edilir ki, “Məcid” kompleksi pilotsuz uçuş aparatları, helikopterlər və qanadlı raketlər kimi hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Sistem infraqırmızı tuşlanan raketlərlə təchiz olunub və qısa məsafədə effektiv fəaliyyət göstərir.
Musavat.com