AZ

Türkiyə vasitəçi rolunu gücləndirir: Ərdoğan Zelenski ilə nə danışdı?

İstanbulda Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirilən görüş Türkiyənin regiondakı diplomatik rolunu bir daha ön plana çıxarıb.

Musavat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında danışıqlara dəstəyin davam edəcəyini bildirib.

Ərdoğan vurğulayıb ki, bölgənin sülhə və sabitliyə ehtiyacı var və Ankara bu istiqamətdə səylərini davam etdirəcək. Onun sözlərinə görə, Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə xüsusi önəm verir.

Bundan əlavə, Türkiyə lideri enerji təhlükəsizliyinin təmin olunmasının da vacib məsələlərdən biri olduğunu qeyd edib. Görüş zamanı tərəflər həm regional vəziyyəti, həm də mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Musavat.com

Seçilən
1
21
musavat.com

10Mənbələr