Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.
Görüş Dolmabahçe İş Ofisində baş tutub. Rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək və geniş tərkibdə danışıqlar aparıblar.
Məlumata görə, görüş zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi çərçivəsində sülh axtarışları, eləcə də, regional və qlobal məsələlər müzakirə olunub.
Danışıqlarda Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgədə sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, Ərdoğan Qara dənizdə naviqasiya təhlükəsizliyinin və enerji təchizatının qorunmasının strateji əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə həmçinin iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub. Türkiyə tərəfi ticarət dövriyyəsinin artırılması istiqamətində addımların davam etdiriləcəyini bildirib.
xxxTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin İletişim Başkanı Burhanettin Duran məlumat yayıb.O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski 4 aprel 2026-cı il tarixində Türkiyəyə işgüzar səfər edib.Qeyd olunub ki, İstanbulda keçirilən görüşlərdə Ukrayna ilə ikitərəfli gündəlikdə olan məsələlər, eləcə də regional inkişaflar müzakirə olunur.Açıqlamada vurğulanıb ki, danışıqlarda “İstanbul Prosesi” başda olmaqla, atəşkəsin təmin edilməsi və uzunmüddətli sülhə nail olunmasına yönəlmiş səylər əsas müzakirə mövzularından biridir.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.