AZ

Türkiyə ilə bu barədə razılığa gəldik Zelenski

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı yeni addımlar barədə razılaşdıq. Bu, ilk növbədə Türkiyəyə dəstək verə biləcəyimiz sahələri əhatə edir: ekspertiza, texnologiyalar və təcrübə və s. Birgə işləmək üçün prinsipial siyasi iradə mövcuddur və komandalarımız yaxın günlərdə detalları yekunlaşdıracaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün nəticəsi barədə danışarkən deyib.

Zelenskinin sözlərinə görə, görüş zamanı qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi üçün praktiki addımlar addımlar atılıb və qaz yataqlarının birgə işlənməsi imkanları müzakirə edilib.

Ukrayna prezidenti bildirib ki, tərəflər arasında Ukrayna ilə Türkiyənin ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
28
axar.az

10Mənbələr