AZ

Zelenski: Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar barədə razılığa gəldik

"İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşümüz zamanı ölkələrimiz arasında ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik".

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında yazıb.

Zelenski bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər, Avropa və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Onun sözlərinə görə, dünya üzrə təhlükəsizliyin artırılması üçün birgə və əlaqələndirilmiş addımların atılması vacibdir.

Ukrayna lideri qeyd edib ki, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu çərçivədə təcrübə və texnologiya mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, görüşdə qaz infrastrukturunun qurulması və qaz yataqlarının birgə işlənməsi imkanları da müzakirə olunub.

Seçilən
9
50
apa.az

10Mənbələr