AZ

Zelenski: Ukrayna və Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni razılaşmalar əldə edib

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Zelenski "X" sosial şəbəkəsində yazıb.

"Təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar barədə razılığa gəldik. Bu, ilk növbədə Türkiyəni dəstəkləyə biləcəyimiz məsələlərə: ekspertiza, texnologiyalar, təcrübəyə aiddir. Birlikdə işləmək üçün prinsipial siyasi hazırlıq var və komandalarımız yaxın günlərdə detalları yekunlaşdıracaq", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, tərəflər qaz infrastrukturunun inkişafında birgə layihələrin həyata keçirilməsi üçün praktiki addımları, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını da müzakirə ediblər:

"Müstəqilliyimizə və ərazi bütövlüyümüzə ardıcıl dəstəyə görə prezidentə (Ərdoğana - red.) və Türkiyə xalqına minnətdaram. Bütün bu illər ərzində bizə regionu gücləndirə biləcək ciddi layihələr üzərində işləməyə imkan verən qarşılıqlı fəaliyyəti müsbət qiymətləndiririk".

Seçilən
15
50
far.az

10Mənbələr