AZ

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qahirə, 4 aprel, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın Buşehr atom elektrik stansiyası yaxınlığına mərmi düşdüyünü açıqlayıb.

AZƏRTAC xəbər verir ki, İran tərəfindən təqdim edilən məlumata görə, hadisə nəticəsində obyektin mühafizə heyətindən bir nəfər qəlpə yarası alaraq həlak olub. Həmçinin ərazidəki binalardan biri partlayış dalğası və qəlpələrin təsirinə məruz qalıb.

AEBA qeyd edib ki, insidentə baxmayaraq, radiasiya səviyyəsində hər hansı artım qeydə alınmayıb. İranın “Təsnim” xəbər agentliyinin yaydığı məlumata əsasən isə hadisə stansiyanın əsas hissələrinə ziyan vurmayıb və elektrik enerjisi istehsalı prosesinə təsir göstərməyib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
21
azertag.az

10Mənbələr