AZ

Goranboyda "Mercedes" yük maşını ilə toqquşdu - Sürücü yaralandı

Goranboyda yük və minik avtomobili toqquşub. 

Hadisə Goranboy-Ağcakənd yolunun rayonun Meşəli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza zamanı minik maşınının sürücüsü 2002-ci il təvəllüdlü T.Quliyev xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

 

(unikal)

Seçilən
3
50
moderator.az

10Mənbələr