ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda görüş keçirib.
Modern.az xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi fonunda sülh axtarışları, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında danışıqlara dəstəyini davam etdirəcək.
O, həmçinin vurğulayıb ki, Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə böyük önəm verir və enerji təchizatının təhlükəsizliyi əsas prioritetlərdəndir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.