AZ

Bakı Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına hazırlaşır

Vətəndaşların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək, eləcə də Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Bakının yollarında genişmiqyaslı təmir işləri uğurla davam etdirilir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
 

Bildirilib ki, ilkin plana əsasən, təmir işlərinin martın 23-dən 30-dək aparılması nəzərdə tutulurdu. Lakin əlverişsiz hava şəraiti səbəbindən proses uzanıb və işlərin yaxın vaxtlarda başa çatdırılması gözlənilir.


Məlumata görə, ümumilikdə 42 istiqamət üzrə 151 849 kvadratmetr yol örtüyü yenilənəcək.

Qeyd olunub ki, həyata keçirilən işlər paytaxtın yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına, nəqliyyatın hərəkət rahatlığının artırılmasına və şəhərin beynəlxalq tədbirə yüksək səviyyədə hazırlanmasına xidmət edir.

Bizim.Media

Seçilən
1
17
bizim.media

10Mənbələr